Abşeron yarımadasının su təchizatı müzakirə edildi
26 dekabr 2013 11:52 (UTC +04:00)

Abşeron yarımadasının su təchizatı müzakirə edildi

Ekologiya və Təbii Sərvətlər Naziri yanında yaradılmış İctimai Ekoloji Şuranın növbəti iclası keçirilib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Qeyri-hökumət təşkilatlarından 40-a yaxın nümayəndənin iştirakı ilə keçirilən iclasda “Azərsu” ASC tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunmuş “Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış suları sisteminin Master Planı”nın layihəsi müzakirəyə çıxarılıb.
İclası Şuranın sədri naziri Hüseyn Bağırov giriş sözü ilə açaraq müzakirəyə çıxarılan məsələ barədə Şura üzvlərinə ümumi məlumat verib.
Sonra ETSN-nin Ekologiya və Təbiəti Mühafizə Siyasəti şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov çıxış edərək “Master Plan”ın məqsədini, layihənin 2035-ci ilədək müddəti əhatə etməklə əhalinin və sənayenin artım tempi nəzərə alınmaqla hazırlandığını, təqdim olunmuş planda Abşeron yarımadasının su təlabatının mənbələr üzrə ödənilməsini, formalaşan tullantı sularının əsasən özüaxımlı rejimdə axıdılması prinsipi əsas götürülərək iridiametrli tunel və kollektorların tikintisi işlərinin nəzərdə tutulduğunu qeyd edib. Eyni zamanda Abşeron yarımadasında formalaşan yağış sularının relyef amili nəzərə alınmaqla ayrıca şəbəkə vasitəsilə təbii su tutarlara axıdılması məsələsi də diqqətə çatdırılıb.
Daha sonra müzakirəyə çıxarılan məsələ ilə əlaqədar Şura üzvləri çıxış edərək rəy və təkliflərini bildiriblər.
Yekunda Şura üzvlərindən ibarət İşçi Qrup yaradılaraq rəy və təkliflərin aidiyyəti üzrə ETSN-yə təqdim olunması və ümumiləşdirilərək Nazirlik tərəfindən hazırlanan rəydə nəzərə alınması qərarlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1153

Oxşar yazılar