ABŞ-da neft ixracına qoyulan qadağa ləğv edilir
16 dekabr 2015 12:20 (UTC +04:00)

ABŞ-da neft ixracına qoyulan qadağa ləğv edilir

 

ABŞ Konqresinin liderləri 2016-cı il büdcə xərcləri üzrə razılığa gəliblər. Bu razılıq çərçivəsində dövlət aparatının işinə yaranmış təhlükə aradan qalxacaq və neft ixracına qoyulmuş qadağa ləğv ediləcək.

 

APA-nın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, Nümayəndələr Palatasının sədri, respublikaçı Pol Rayan bağlı qapılar arxasında keçirilən müşavirədə bu barədə razılıq əldə olunduğunu açıqlayıb. O bildirib ki, dövlət xərcləri planının təsdiqlənməsi ilə bağlı səsvermə dekabrın 17-də keçiriləcək. Dövlət aparatının saxlanılması üçün 1,1 trilyon dollar ayrılacaq.

 

Viskonsin ştatından seçilmiş konqresmen Reyd Ribll müzakirə çərçivəsində 1975-ci ildə ABŞ xam neftinin ixracına qoyulmuş embarqonun ləğvi barədə razılığa gəldiklərini söyləyib. Bu məsələdə respublikaçılar israrlı olub. Onlar hesab edir ki, ixracın başlaması ABŞ iqtisadiyyatı üçün əlavə vəsaitlərin daxil olmasına və büdcənin balanslaşdırılmasına kömək edəcək. Texasdan seçilmiş konqresmen Co Barton qeyd edib ki, ABŞ ən yaxşı texnologiyalara, ən yaxşı neftə malikdir və Rusiya, Səudiyyə Ərəbistanı, İran kimi ölkələri neft bazarından sıxışdıracaq.  

 

Qeyd edək ki, demokratlar və prezident Barak Obama neft ixracına qoyulmuş qadağanın ləğvinə qarşı çıxırdılar.

 

Hazırda ABŞ-ın strateji neft ehtiyatları 486 milyon barel təşkil edir. Orta sutkalıq hasilat 9 milyon bareldir. Hasilatın və ehtiyatların artmasına şist nefti mühüm təsir göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232
avatar

Oxşar yazılar