"Texnikabank" Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb
03 fevral 2016 18:00 (UTC +04:00)

"Texnikabank" Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb

0

"Texnikabank" ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və ona verilmiş şəhadətnamə ləğv edilib.

 

Fonddan "APA-Economics"ə verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/1 saylı qərarı ilə “Texnikabank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 24.02.1994-cü il tarixli, 198 saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 30 iyul 2007-ci il tarixdə 19 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Texnikabank” ASC 03 fevral 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 521

Oxşar yazılar