Rabitəbank ASC “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank seçilmişdir.
12 fevral tarixindən etibarən Rabitəbank ASC Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Texnikabank” ASC - nin əmanət müştərilərinin qorunan əmanətləri üzrə kompensasiya ödənişləri üçün agent bank seçilmişdir.
Rabitəbank ASC “Texnikabank” ASC – nin əmanət müştərilərinin qorunan əmanətləri üzrə kompensasiya ödənişlərini Baki şəhərində fəaliyyət göstərən filiallarında həyata keçirir.
Qorunan əmanətçilər aşağıdakı cədvələ uyğun olaraq “Texnikabank” ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən Rabitəbank-ın filialına müraciət etməklə kompensasiya almaq üçün ərizələri təqdim edə bilər.
|
№ |
Texnikabank ASC |
Rabitəbank ASC |
Məlumat mərkəzi 133 info xətt |
|
1 |
Bayıl Filialı Səbail r., |
Mərkəzi filialı
|
492 57 61
|
|
2 |
Nəsimi filialı |
||
|
3 |
Səbail filialı |
||
|
4 |
Paytaxt fililalı |
Sahil filialı |
465 59 35 |
|
5 |
Proqress filialı |
||
|
6 |
Muğan filialı |
||
|
7 |
Nizami filialı |
Nizami filialı |
570 73 47 |
Ətraflı məlumat üçün, Rabitəbank-ın 133 nömrəli məlumat mərkəzinə zəng edərək, eldə edə bilərsizin.