"SOCAR Turkey Energy" TANAP-dan 7%-lik pay alır
27 avqust 2015 15:11 (UTC +04:00)

"SOCAR Turkey Energy" TANAP-dan 7%-lik pay alır

0
"SOCAR Turkey Energy A.Ş." Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsində (TANAP) 7%-lik paya sahib olmaq niyyətindədir.

 

"APA-Economics"in xəbərinə görə, bu barədə "SOCAR Turkey Energy"nin rəhbəri Kənan Yavuz məlumat verib.

 

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam edir: "SOCAR Turkey Energy" öz növbəsində sahib olacağı paya uyğun olaraq TANAP-a sərmayə qoyacaq".

 

Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

 

1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.

 

TANAP $10-11 mlrd. dəyərində qiymətləndirilir.

 

TANAP layihəsi payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 564

Oxşar yazılar