Azərbaycanda sponsor olmaq istəyənlərin nəzərinə: <span style="color:red;">Qanunda yazılır ki...
27 yanvar 2015 15:04 (UTC +04:00)

Azərbaycanda sponsor olmaq istəyənlərin nəzərinə: Qanunda yazılır ki...

0

Azərbaycanda sponsorluq məsələləri qanunla tənzimlənəcək.

 

Lent.az-ın məlumatına görə, “Reklam haqqında” qanun layihəsində "Sponsor" və "Sponsor reklamı" anlayışlarının tərifi verilib.

 

Sponsor - idman, mədəni-kütləvi yaxud başqa tədbirlərin təşkili və (və ya) keçirilməsi, elektron informasiya vasitələrində proqramın (verilişin) yaradılması və (və ya) yayımlanması, habelə əqli fəaliyyətinin başqa nəticələrindən istifadə olunması üçün könüllü qaydada maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait ayıran, yaxud ayrılmasını təmin edən şəxsdir.

Sponsor reklamı – şəxsin sponsor qismində göstərilməsi şərti ilə yayımlanan reklamdır.

 

Sponsor reklamında yalnız sponsorun adı göstərilə bilər. Sponsor reklamında onun əmtəələri barədə məlumatlar əks olunmamalıdır. Əmtəənin adı sponsor qismində göstərilə bilməz.

 

Layihədə bildirilir ki, Sponsor reklamı sponsorla reklam istehsalçısı və (və ya) reklam yayıcısı arasında bağlanılan müqavilə əsasında hazırlanır və (və ya) yayımlanır.

Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və məmulatların, tibbi xidmətlərin reklamının sponsoru olmaq istəyən şəxs müvafiq icra hakimiyyəti orqanının razılığını almalıdır.

Həmçinin qeyd olunur ki, sponsor reklamında "sponsor" sözünün başqa anlayışlarla əvəz olunmasına yol verilmir.

Bundan başqa, ümumi vaxtı 15 dəqiqədən az olan televiziya və radio proqramında (verilişində) reklam yerləşdirilməsinə yol verilmir (sponsor reklamı istisna edilməklə). Bu proqramda (verilişdə) sponsor reklamı ümumi vaxtı 30 saniyədən çox olmamaq şərti ilə verilişin əvvəlində və (və ya) sonunda verilə bilər.  

 

Qanun layihəsində dövri mətbuat vasitəsilə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericinin, sponsorun adının yerləşdirilməsi reklam hesab olunur.

O da bildirilir ki, sosial reklamda sponsorların, reklamın sifarişçisinin  maarifləndirmə və xeyriyyəçilik fəaliyyətinə dair məlumatlar, çətin vəziyyətdə yaxud müalicəyə ehtiyacı olan fiziki şəxslər istisna edilməklə, hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin konkret əmtəələri, əmtəə nişanları, loqotipləri göstərilə bilməz. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 619

Oxşar yazılar