"Rabitəbank"ın rəhbərliyində DƏYİŞİKLİK
03 sentyabr 2015 17:14 (UTC +04:00)

"Rabitəbank"ın rəhbərliyində DƏYİŞİKLİK

0

 "Rabitəbank" ASC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib.

 

"APA-Economics"in məlumatına görə, İdarə Heyətinin sədr müavini Turan İsmayılov öz xahişi ilə işdən çıxıb.

 

T. İsmaylov "APA-Economics"ə xəbəri təsdiqləyib.

 

Hələlik onun yerinə təyinat olmayıb.

 

Qeyd edək ki, T. İsmayılov 2007-cı ildən “Rabitəbank”da çalışıb. "Rabitəbank"dan əvvəl “Parabank”da İdarə Heyətinin sədr müavini vəzifəsində və Almaniya-Azərbaycan Fondunda (GAF) məsləhətçi vəzifəsində çalışıb.

 

Qeyd edək ki, o, "Xəzər" Universitetinin Maliyyə fakültəsini bitirib və ABŞ-ın Texas Texniki Universitetinin “Lawrence College”ndə təhsil alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 441

Oxşar yazılar