Unibankın törəmə şirkəti olan Unicapital ASC qiymətli kağızlar bazarında fəaliyyətini davam etdirmək üçün yeni broker və diler lisenziyaları alıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 22 yanvar 2013-cü il tarixli, 128 (brokerlik fəaliyyəti) və 129 (diler fəzliyyəti) saylı lisenziyaları Unicapitala daha 5 il müddətində Azərbaycanın qiymətli kağızlar bazarında fəal iştirakçılardan olmağa imkan verir.
Son 10 il ərzində Unibank Azərbaycanın qiymətli kağızlar bazarının liderlərindən və əsas iştirakçılarından biridir. 2007-ci ildə müştərilərin sərmayə xidmətinin daha geniş xidmətlər spektri ilə təmin edilməsi üçün ixtisaslaşdırılmış törəmə şirkətin - “Unicapital” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında qərar qəbul edildi. 2008-ci ilin əvvəlindən etibarən Unicapital şirkəti tərəfindən bütün broker və diler xidmətləri, müştərilərə Unibank tərəfindən yüksək peşəkar səviyyədə xidmət göstərilməsi ənənəsinə müvafiq olaraq həyata keçirilir. 2008-ci ilin yanvar ayından Unicapital Bakı Fond Birjasının təsisçilərindən biridir. Unicapital ASC öz müştərilərinə broker və anderrayter xidmətləri göstərir.
Əlavə məlumatı 498 22 44 nömrəli telefondan əldə edə bilərsiniz.