Unibankın “UniŞans” layihəsi çərçivəsində müxtəlif ali məktəblərdə 4-cü kursda təhsil alan 4 tələbə bankın təqaüd proqramının qalibi olub. Hər bir tələbəyə 150 AZN məbləğində aylıq təqaüd verilir.
Qeyd edək ki, Unibankın təqaüd proqramı iqtisadi yönümlü ixtisaslar üzrə əyani şöbədə təhsil alan universitet tələbələri üçündür. Təqaüd proqramında 600-dən yüksək bal toplamış 4-cü kurs tələbələri iştirak edə bilər. “UniŞans” Proqramının şərtlərinə görə, hər bir təqaüdçü “Unibank”ın müxtəlif bölmə və xidmətlərində staj keçərək bank işi ilə yaxından tanış olur. Təcrübə müddətinin sonunda tələbə təcrübə keçməsi haqda sertifikat alır,
“Unişans” proqramı tələbələr arasından Azərbaycanın istedadlı gənclərinin üzə çıxarılmasına, həmin tələbələrin qabiliyyətlərinin inkişaf etdirilməsinə və gələcək bank mütəxəssislərinin hazırlanmasına, onların intellektual tərəqqisi üçün şərait yaradılmasına dəstək olmağa yönəldilib. İqtisadi ixtisaslar üzrə təhsil alan tələbələrin professional inkişafı sahəsində layihələrə yardım “Unibank” KB ASC-nin siyasətinin istiqamətlərindən biridir.
“UniŞans” Proqramının şərtlərinə görə, hər bir tələbə onunla təqaüd ödənilməsi barədə müqavilə bağlanıldıqdan sonra gündəlik əsaslarla (yarım gün), tətil dövründə isə tam iş günü ərzində “Unibank”ın müəyyən olunan bölmə və xidmətlərində 6 ay staj keçir. Təcrübə müddətinin sonunda tələbə iş üçün Unibanka müraciət edərsə, imtahan verərək uğurlu nəticə göstərərsə, işə qəbul olunur.
Unibank- hər kəsin bankı.