Müştəri məmnuniyyətini əsas prioritetlərindən hesab edən Unibank, ilin sonunadək xidmət şəbəkəsini genişləndirməyi düşünür. Yeni filialların açılışı həm paytaxtda, həm də bölgələrdə reallaşacaq. Hazırda Unibank 31 filialla müştərilərinin xidmətindədir. Filiallardan 20-si Abşeron, 11-i bölgələrdə yerləşir. Unibankın bütün bölgə filialları universal bank xidmətləri göstərir. Bölgə əhalisi rayonlardakı Unibank filiallarından həm nağd kreditlər, həm də biznes kreditləri götürə bilir.
Paytaxt filialları isə müştəriləri daha rahat və çevik xidmətlə təmin etmək üçün riteyl, korporat və qarışıq filiallara bölünüb. Bakıdakı Unibank filiallarının əksəriyyəti müştərilərə 7500 manatadək nağd kreditlər verir. Bizneslə məşğul olanlar isə vaxtlarına qənaət etmək üçün 8 saylı, “Neftçilər”, “Əhmədli”, “Bayıl”, “Xalqlar”, “Xırdalan” filiallarından mikrokreditlər götürə bilərlər. Daha yüksək məbləğdə kredit istəyən korporativ müştərilər isə xüsusi ixtisaslaşmış “Dərnəgül”, “Baksovet”, STB, “Neftçilər”filiallarından, eləcə də Mərkəz filialından rahatlıqla kredit ala bilərlər. Unibankın paytaxtda 17 saylı (“Sahil”), “Neftçilər” , “Xalqlar” və “Yasamal”, eləcə də “Sumqayıt” və “Gəncə” filiallarından ipoteka kreditləri götürmək mümkündür.
Unibankdan götürdükləri kreditin ödənişini müştərilər filiallardakı cash-in-lərlə yanaşı, bank filiallarına gəlmədən də onlayn, www.unibank.az və www.hesab.az saytlarında, bankomatlardan, mobil əlavələrin köməyi ilə, MilliÖn ödəmə terminallarından, bankın cash-in aparatlarından və Azərpoçtun çoxsaylı şöbələrindən ödəyə bilərlər.