(R) UNİBANK daha yaxın oldu
09 yanvar 2013 15:44 (UTC +04:00)

(R) UNİBANK daha yaxın oldu

Unibank müştəri məmnunluğunu öz fəaliyyətinin əsas prioritetlərindən hesab edir. Bankın 14 saylı (Babək) filialı yeni ünvanda , əhalinin daha sıx məskunlaşdığı Beşmərtəbə adlanan ərazidə, paytaxt sakinlərinə daha geniş xidmət göstərəcək. Əvvəl yerləşdiyi ərazi müştərilərin gediş-gəlişi üçün səmərəli olmadığından, Unibank rəhbərliyi 14 saylı filialın Yasamal rayonu Füzuli küç.15, qapı 4 ünvanına köçürülməsinə qərar verib. Elə ilk gündən, ərzidə yaşayan sakinlər bankın xidmətlərinə yüksək maraq göstərməyə başlayıblar.

 

Bankın yeni ünvana köçən xidmət nöqtəsi nağd istehlak kreditləri, avtokreditlər, güzəştli dövrə malik kredit kartlarının verilməsini həyata keçirir. Biznes sahibləri və fərdi sahibkarlara fayda gətirə biləcək mikrokredit alətlərinə xüsusi diqqət verilir. Bundan başqa fərdi müştərilər üçün həmçinin kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

 

Hazırda Mərkəz filial da daxil olmaqla, Unibank 29 filialla, ümumilikdə 100-ə yaxın xidmət nöqtəsi ilə müştərilərinə xidmət göstərir. Bu il ərzində daha bir neçə filialın açılması nəzərdə tutulur.

 

Unibankın yeni illə bağlı arayışsız yeni nağd kredit kampaniyası uğurla davam etməkdədir. Yanvarın 13-dək olan kampaniya çərçivəsində hər kəs iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə illik 3% -dən artıq endirimlə nağd kredit götürə bilir. Minimal məbləği 300 AZN olan arayışsız kreditin maksimal məbləği 5000 AZN-dir. Kreditin müddəti 3-30 aydır. Kampaniya çərçivəsində müştərilərin qeydiyyatına, iş stajına heç bir tələb qoyulmur. Paralel olaraq, hədiyyə kimi mobil operatorlar vasitəsilə bir saatlıq danışıq kartları da təqdim edilir. Başqa banklarda kredit borcu olanlara da arayışsız kredit verilir.

 

Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə Unidirect xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz iş (korporativ) elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.

 

Artıq Unibankın filialları həftənin 6 günü saat 19.00-dək işləyir. Məqsəd müştəriləri bütün həftə ərzində, keyfiyyətli bank xidməti ilə təmin etməkdir. Bankın Bülbül pr. 10 ünvanında, “Sahil” metrostansiyasının yaxınlığında yerləşən eyni adlı filialı günün 24 saatı fəaliyyətdədir.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

 

Unibank - hər kəsin bankı!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1575
avatar

Oxşar yazılar