TuranBank Facebook səhifəsinin izləyiciləri üçün yeni hədiyyəli aksiyaya start vermişdir. 29 noyabr - 24 dekabr tarixi aralığında keçirilən aksiya ərzində TuranBankın Facebook-dakı rəsmi səhifəsinin (https://www.facebook.com/TuranBankASC) izləyiciləri öz dostlarını bu səhifəni bəyənməyə (like) dəvət etməlidirlər. Aksiyanın mükafatı uğrunda yarışa qatılmaq üçün iştirakçının səhifəni bəyənəcək dostlarının minimal sayı 30 nəfər olmalıdır. TuranBankın Facebook səhifəsini bəyənmiş ən çox dost sayına malik 10 iştirakçıya 100 AZN mədaxil edilmiş və qalibin özünün seçdiyi dizaynlı (şəkilli) MasterCard kartı hədiyyə olunacaq.
Aksiyanın şərtləri:
- Aksiyaya qatılmaq üçün İştirakçı ilk növbədə TuranBankın rəsmi Facebook https://www.facebook.com/TuranBankASC səhifəsini bəyənməlidir (like);
- Sonrakı mərhələdə səhifədə mövcud olan "dostlarını dəvət et" funksiyasından yararlanaraq onları bankın səhifəsini bəyənməyə (like) dəvət etmək lazımdır;
- Hər bir iştirakçı aksiyada yalnız özlərinin adlarına açılmış Facebook səhifəsindən istifadə etməklə iştirak edə bilər;
- İştirakçıların cəlb etdikləri dostların Facebook səhifələri öz adlarına, aksiyadan əvvəlki tarixlərdə açılmış olmalıdır;
- Qaliblərin cəlb etdikləri dostların Facebook səhifəsinin real olması yoxlanılacaq;
- İştirakçıların Facebook dostları TuranBankın https://www.facebook.com/TuranBankASC səhifəsinə daxil olub onu bəyənməlidirlər (like);
- Dost sayına qoyulan minimal tələbi yerinə yetirmiş iştirakçılar dekabrın 25-dən gec olmayaraq səhifəni bəyənmiş dostlarının sayını göstərən bölmənin ScreenShot-unu çıxarıb öz telefon nömrələri ilə birgə [email protected] ünvanına göndərməlidirlər;
Qalib şəxslər müsabiqə bitdikdən sonra mükafatlandırılacaqlar. TuranBankın akisyaları, məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından,
TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.