“MADO” Qəbələdə rayonunda yeni bölməsi fəaliyyətə başlayıb.
Məhsulların istehsalı və müştərilərə çatdırılması sahəsində hər zaman keyfiyyəti önə çəkən MADO şirkətinin Qəbələ şəhərindəki Heydər Əliyev parkında yeni açılan kafesi və şirniyyat evi bölgə sakinlərinə, rayona gələn yerli və xarici turistlərə yüksək səviyyədə xidmət göstərməyi qarşıya məqsəd qoyub. Maraş dondurması ilə məşhurlaşan MADO müştərilərinə türk şirniyyatı, müxtəlif çeşiddə un məmulatları, içkilər, qəhvə və isti yeməklərlə bağlı xidmət göstərir. Hazırda Azərbaycan bazarında özünəməxsus yer tutan MADO kafeləri və şirniyyat evləri yüksək keyfiyyətə malik servisi, fərqli dadları özündə birləşdirən menyusu ilə insanların zövqünü oxşayır.
Qeyd edək ki, 1962-ci ildə MADO adı ilə Türkiyədə fəaliyyətə başlayan şirkətin hazırda 200-dən çox yerli və xarici bölməsi fəaliyyət göstərir. Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Çin, Avstraliya, İraq, Cənubi Koreya və Bolqarıstanda bölmələri olan MADO şirkəti 2010-cu ildə Azərbaycan bazarına daxil olub. Hazırda Bakıda 3 müxtəlif ərazidə MADO adı altında kafe və şirniyyat evləri fəaliyyət göstərir və bölgələrdən ilk dəfə olaraq Qəbələdə şirkətin yeni bölməsi açılıb.
Qəbələdəki MADO kafesi və şirniyyat evi Bakıdakı bölmələri kimi müştərilərə keyfiyyətli xidmət göstərmək üçün mükəmməl komandaya malikdir. Kafedə eyni vaxtda 200-ə yaxın müştəriyə xidmət göstərmək mümkündür. MADO-da hazırlanan məhsuların xammalının əsas hissəsi Türkiyədən gətirilir, digər hissəsi isə Azərbaycandakı tədarükçülər vasitəsilə əldə edilir.