(R) MİLLİKART-ın Direktorlar Şurasına yeni sədr seçilib
27 dekabr 2012 16:42 (UTC +04:00)

(R) MİLLİKART-ın Direktorlar Şurasına yeni sədr seçilib

“Unibank” KB ASC-nin İdarə Heyəti sədrinin müavini, Pərakəndə bank xidmətləri

üzrə direktor Xalid Əhədov “Milli kart” MMC-nin Direktorlar Şurasının sədri seçilib. Əsas məqsədi Azərbaycanda nağdsız əməliyyatların sürətli inkişafını dəstəkləmək olan “MilliKart” MMC, bu istiqamətdə üzv banklara daha rahat və keyfiyyətli xidmətlərin göstərilməsini təmin edir.

 

2006-cı ilin oktyabrından fəaliyyətə başlayan "MilliKart" Məhdud Məsuliyyətli Cəmiyyəti 18 bank tərəfindən nizamnamə kapitali 4 milyon manat olmaqla təsis edilib. Avropa Yenidənqurma və İnkişaf Bankının "MilliKart"ın nizamnamə kapitalında iştirakı, həmçinin "MilliKart"ın nizamnamə kapitalının 4 mln manatdan 5 mln manatadək artırılması ilə əlaqədar olaraq 07 iyun 2010-cu il tarixində "MilliKart"ın Nizamnaməsi Azərbaycan Respublikası Vergilər Nazirliyində Dövlət qeydiyyatına alınıb. Avropa Yenidənqurma və İnkişaf Bankı "MilliKart"ın 19 iştirakçısından biri olaraq, " MMC-nini nizamnamə

kapitalına 500 min manat qoymaqla 10% iştirak payı əldə edib .

 

Hazırda "MilliKart" MMC-də 11 banka xidmət olunur. Həmin banklar tərəfindən 250 000-dən artıq ödəniş kartları emissiya edilmiş, 330-dan artıq bankomat və 7000-dən artıq POS-terminal quraşdırılıb.

# 1216
avatar

Oxşar yazılar