(R) Kralsayağı ev arzulayanlara Royal Home-dan Yeni İl təklifi gəldi
14 dekabr 2012 13:30 (UTC +04:00)

(R) Kralsayağı ev arzulayanlara Royal Home-dan Yeni İl təklifi gəldi

 

Yeni il yaxındadır. Deməli, bir neçə gündən sonra oyuncaqlarının parıltısı bokallarda və hər ailənin öz büdcəsinə görə ən bahalı servizlərdə bərq vuran küknar ağacı bəzənəcək. Küknar ağacı, oyuncaqlar öz yerində... Süfrəniz bayrama hazırdırmı?

Bakının məşhur mağazalarından biri - xüsusi yemək dəstləri və dekorativ məmulatları ilə tanınmış Royal Home təqdim etdiyi brendlərin füsunkar məhsullarınaYeni İl ərəfəsində 25% endirim elan edir.

Endirimlərartıq başlayıb. 26 məşhur markanın yemək dəstləri və servizlərini, büllurlarını almaq üçün tələsmək vaxtıdır.

Bu brendlər arasındakı adlar bizə kimləri xatırlatmır ki?! Meissenbrendi Saksoniya krallarının mükəmməl zövqündən xəbər verir – axı kral sarayını çini ilə məhz bu brend təchiz edərdi. Augarten brendi isə imperatriça Mariya-Terezanın himayəsində idi. Bunlardan başqa, Hermes Evi və bir sıra məşhur markaların çini məmulatları evdə dəbli həyat tərzi keçirənləri i istəklərini ödəyir.

Royal Home gümüş məmulatları İtaliyanın Buccellati və Fransanın Odiot və Puiforcat kimi qədim evlərindən alır.

Moser (Çexiya) və Saint Louis (Fransa) kimi məşhur markaların büllurlarını burada görmək mümkündür. Royal Home-da bokallarla yanaşı, evdə inanılmaz atmosfer yaradan çilçıraqlar da təqdim olunur.

Kolleksionerlər üçün Royal Home xüsusi maraq kəsb edir:çinidən zərif suvenirlər - heykəlcik və kompozisiyalar kolleksiyalarını genişləndirmək istəyənlərə izlədikləri brendlərin yeniliklərini tapmaq imkanı verir.

Evini krallar kimi bəzəmək və krallara layiq hədiyyələr seçmək istəyənlər, Royal Home-un yeni il təklifini diqqətdən keçirməyə dəyər! Royal Home brendləri ilə daha ətraflı http://www.facebook.com/#!/pages/Royal-Home/205158239550023?fref=ts facebook səhifəsində tanış olmaq mümkündür.

 

 

# 1705
avatar

Oxşar yazılar