(R) Hesab.az-da Unibankdan kredit sifariş et
18 dekabr 2012 17:34 (UTC +04:00)

(R) Hesab.az-da Unibankdan kredit sifariş et

Unibank, kredit götürmək istəyən vətəndaşlarımıza daha bir imkan yaratdı. Bundan sonar Unibankdan kredit götürmək istəyənlər, bank filialına gəlmədən, hesab.az  saytı vasitəsi ilə istədikləri məbləğdə krediti sifariş edə bilərlər. Hesab.az-da qeydiyyatdan keçən şəxslər şəxsi kabinetlərində “Unibankda kredit sifariş et” linkini tıklayaraq, verilən formanı doldurub, kredit sifarişi göndərə  bilərlər. Bu sifariş həmin an bank sistemində qeydiyyata alınır və müştəri ilə əlaqə saxlanılaraq, istədiyi kredit ona təklif edilir. Müştəri kredit sifarişini verərkən adını, soyadını və atasının adını, eləcə də mobil telefonunun nömrəsini mütləq dəqiq göstərməlidir. “NƏ VAXTSA KREDITINIZ OLUBMU”- sualı da müraciətçi tərəfindən mütləq cavablandırılmalıdır. Şəxsiyyət vəsiqəsinin kodunun və seriya nömrəsinin göstərilməsi isə məcburi sayılmır.

 

Unibankın Albalı kartı sahibləri artıq xeyli vaxdır ki, Hesab.az ödəmələr portalından onlayn ödənişlərini həyata keçirə bilirlər. Belə ki, Bankın “Albalı” taksit kartları bu ödəmə portalında qəbul olunur və onlarla kommunal, telefon, İnternet, kabel televiziya və digər xidmətlər üzrə ödəmələri hissə-hissə aparmağa imkan verir.

Unibank ölkə bankları içərisində ilk dəfə istehlak kreditlərinin bankomatdan sifarişini də qəbul edir. Bunun üçün Unibankın bankomatına yaxınlaşıb, istənilən Bankın plastik kartını Unibankın bankomatına daxil edib və dil seçimindən sonra, xidmətdən istifadə edə bilərsiniz. ATM-in ekranında Unibanka istehlak krediti ilə bağlı müraciət etmək üçün, ikinci pəncərədə “kredit” düyməsini seçib, öz mobil nömrənizi ATM-ə daxil edərək, təsdiqləyirsiniz. Müraciətiniz qəbul olunduqdan sonra, bank əməkdaşları qısa müddətdə sizə zəng edərək, kredit təklifinizi cavablandıracaq. Kredit müraciəti, istənilən başqa bankın kartı vasitəsi ilə həyata keçirilə bilər.

Əlavə olaraq, müştərilər Unidirect xidmətindən də istifadə edə bilər. Bunun üçün müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz iş (korporativ) elektron ünvanlarından unidirect@unibank.az ünvanına göndərməlidirlər.

 

Artıq Unibankın filialları həftənin şənbə günləri də tam iş qrafiki ilə işləyir. Bankın Bülbül pr. 10 ünvanında, “Sahil” metrostansiyasının yaxınlığında yerləşən eyni adlı filialı günün 24 saatı fəaliyyətdədir.

Unibankın kreditlərindən Bankın geniş partnyor şəbəkəsində də istifadə etmək olar. ATƏŞGAH SIĞORTA şirkətinin 11 satış məntəqəsində, 28 MALL və Nərgiz Ticarət Mərkəzində elə yerindəcə “Albalı” taksit kartlarını rəsmiləşdirmək mümkündür. 

Son texnoloji yenilikləri tətbiq etməklə, müştərilərinə göstərdiyi xidməti günü-gündən yaxşılaşdıran 29 filiala malik Unibank, 66 ATM-lə yalnız özünün deyil, digər bankların müştərilərinə də xidmət göstərir.

 

Unibankın yeni illə bağlı arayışsız yeni nağd kredit kampaniyası çərçivəsində hər kəs iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə illik  3% -dən artıq endirimlə nağd kredit götürə biləcək. Yanvarın 13-dək davam edəcək bu kampaniya 3-30 ay müddətinə 300 AZN-dək 5000 AZN-dək kredit götürməyə imkan verir. Kampaniya çərçivəsində müştərilərin qeydiyyatına, iş stajına heç bir tələb qoyulmur. Paralel olaraq, hədiyyə kimi mobil operatorlar vasitəsilə bir saatlıq danışıq kartları da təqdim ediləcək. Başqa banklarda kredit borcu olanlara da arayışsız kredit veriləcək.

 

Daha ətraflı məlumatı bankın rəsmi səhifəsindən (www.unibank.az) , facebook səhifəsindən (www.facebook.com/unibank.az) və (012) 117 nömrəli telefondan öyrənə bilərsiniz.
 

Unibank- hər kəsin bankı!

 

# 1264
avatar

Oxşar yazılar