(R) DəmirBank korporativ müştərilərinin iştirakı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə görüş keçirib
10 aprel 2013 17:25 (UTC +04:00)

(R) DəmirBank korporativ müştərilərinin iştirakı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə görüş keçirib

 

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), DəmirBank və onun korporativ müştəriləri ilə Park Inn mehmanxanasında üç tərəfli görüş keçirilib.

 

Tədbirdə AYİB-nın yüksək səviyyəli rəhbərlərdən ibarət nümayəndə heyətinə DəmirBank-ın fəaliyyəti və inkişaf göstəriciləri haqqında təqdimat keçirilib.

 

Tədbirin əsas məqsədi DəmirBank-ın korporativ müştəriləri ilə görüş, onların cari və yeni layihələri ilə tanışlıq, layihələrin və irəli sürülən təkliflərin müzakirəsi olub. DəmirBank-ın korporativ müştəriləri fəaliyyətləri, DəmirBank ilə əməkdaşlıqları və həyata keçirilən layihələr barədə məlumat veriblər.

 

DəmirBank AYİB-nın dəstəyi ilə korporativ müştərilərə kredit və ticarət maliyyələşməsi, həmçinin iri korporativ müştərilərə daha aşağı faiz dərəcəsi ilə uzun müddətə maliyyələşmə təklif edir. DəmirBank həmçinin AYİB-nın texniki yardım proqramlarından da istifadə edir. DəmirBank-ın bir neçə iri korporativ müştərisi birbaşa AYİB tərəfindən maliyyələşərək, fəaliyyətini genişləndirib.

 

Qeyd edək ki, DəmirBank və AYİB 1997-ci ildən əməkdaşlıq edir, 2005-ci ildən etibarən isə DəmirBank-ın səhmdarları sırasında AYİB “25% +1 səhm” paketi ilə təmsil olunur.

 

DəmirBank ümumilikdə 20-dən çox beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) və digər beynəlxalq təşkilatları qeyd etmək olar.

 

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Oxşar yazılar