Şahin Şıxlinski barədə cinayət işi açıldı, oğlu saxlanıldı-YENİLƏNİB
16 iyul 2025 07:43 (UTC +04:00)

Şahin Şıxlinski barədə cinayət işi açıldı, oğlu saxlanıldı-YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılaraq İstintaq Komitəsimə aparılıb.

Lent.az xəbər verir ki, Mutvalı İstintaq Komitəsində dindirilir, ondan iyulun 1-də Baku Plazanın qarşısında saxlanılan zaman baş vermiş insidentlə bağlı izahat alınır.

Mutvali Şıxlınskinin atası Şahin Şıxlınski barədə də cinayət işi açılıb. Ona qarşı Moskvada Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açıldığı qeyd olunub.

***
23:09

Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılaraq İstintaq Komitəsimə aparılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hazırda Mutvalı İstintaq Komitəsində dindirilir, ondan iyulun 1-də Baku Plazanın qarşısında saxlanılan zaman baş vermiş insidentlə bağlı izahat alınır.

Xatırladaq ki, iyunun 27-də Yekaterinburqda azərbaycanlılara qarşı keçirilmiş əməliyyatdan sonra yerli hüquq mühafizə orqanları iyulun 1-də Azərbaycan diasporunun sədri Şahin Şıxlinskiyə də qarşı əməliyyat keçiribər. Şıxlinski avtomobildə hərəkətdə olan zaman xüsusi təyinatlı qüvvələr maşının qarşısını kəsib, zor tətbiq edərək Azərbaycan diasporunun sədri və oğlu Mutvalı Şıxlinskini saxlayıblar. Saxlanılan zaman sükan arxasında olan Mutvalı Şıxlinski özünü itirərək avtomobili geriyə sürüb, bu zaman avtomobilin dəydiyi hüquq mühafizə orqanının əməkdaşı yerə yıxılıb.

Mutvalının bu gün axşam saatlarında məhz həmin epizoda görə saxlanıldığı, onun barəsində RF Cinayət Məcəlləsinin 318-ci maddəsi ( hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) ilə cinayət işi açıldığı bildirilib.


***
21:25

Yekaterinburqda Azərbaycan diasporasının rəhbərinin oğlu Mütvəli Şıxlinski oğlu saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə "Ura.ru" mənbəsinə istinadən məlumat yayıb.

“İlkin məlumata görə, Mütvəli, iki saat əvvəl saxlanılıb. Onun müvəqqəti saxlama təcridxanasına yerləşdirilməsi planlaşdırılır. Daha sonra barəsində həbs qətimkan tədbiri müəyyən ediləcək”, – deyə mənbə bildirib.

"RBK"nın məlumatına görə də, Mütvəli Şıxlinski saxlanılıb və hazırda dindirilir. Ona qarşı hansı maddə ilə ittiham irəli sürüldüyü hələ məlum deyil.

"E1" portalının iddiasına görə isə, hadisəyə səbəb iyulun 1-də Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskı və oğlu Mütvəli Şıxlınskinin saxlanması zamanı sonuncunun hüquq-mühafizə orqanı əməkdaşına xəsarət yetirilməsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2600

Oxşar yazılar

Əkrəm İmamoğluna  hökm oxundu

Əkrəm İmamoğluna hökm oxundu

16 iyul 2025 , 15:02
Küçədə məktəblilərin gözü önündə cinsi əlaqədə oldu,  həbs edildi

Küçədə məktəblilərin gözü önündə cinsi əlaqədə oldu, həbs edildi

16 iyul 2025 , 13:23
Pul sayan kassir milyonçu oldu

Pul sayan kassir milyonçu oldu

16 iyul 2025 , 13:08
Qadın keçmiş sevgilisini qaçırıb zorladı

Qadın keçmiş sevgilisini qaçırıb zorladı

16 iyul 2025 , 11:55
Sərxoş kişi  sərnişinləri olan avtobusu qaçırdı

Sərxoş kişi sərnişinləri olan avtobusu qaçırdı

16 iyul 2025 , 07:08
Husilər İsrailə zərbələr  endirdi

Husilər İsrailə zərbələr endirdi

16 iyul 2025 , 05:32
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı

Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı

15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi,  sağ qaldı

Ox uşağın beynini deşdi, sağ qaldı

15 iyul 2025 , 17:44