(R) DəmirBank ipoteka üzrə AİF-in reytinqinə liderlik edir
22 noyabr 2013 10:23 (UTC +04:00)

(R) DəmirBank ipoteka üzrə AİF-in reytinqinə liderlik edir

DəmirBank Azərbaycan İpoteka Fondu (AİF) tərəfindən tərtib olunan ipoteka kreditləşməsi üzrə ölkə banklarının reytinq cədvəlində birinci yeri tutub.

 

2013-cü ilin nəticələrini əks etdirən bu göstəricilər AİF-in saytında dərc olunub. Statistikaya əsasən DəmirBank-ın verdiyi ipoteka kreditlərinin 976 ədədi AİF tərəfindən yenidən maliyyələşdirilib. Bu da Müvəkkil Kredit Təşkilatları arasında ən yüksək göstəricidir.

 

Qeyd edək ki, DəmirBank ipoteka kreditləşməsi sahəsində Azərbaycan İpoteka Fondu ilə geniş əməkdaşlıqla yanaşı, həm də öz vəsaiti hesabına ipoteka kreditləri təklif edir. Bank proqramı üzrə ipoteka kreditləri yaşayış sahəsinin alınması və ya tikintisi məqsədi ilə verilir.

 

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1042
avatar

Oxşar yazılar