(R) DəmirBank Beynəlxalq Əmanətlər Günü ilə bağlı aksiya keçirir
30 oktyabr 2013 14:51 (UTC +04:00)

(R) DəmirBank Beynəlxalq Əmanətlər Günü ilə bağlı aksiya keçirir

DəmirBank Azərbaycanda ikinci ildir keçirilən 31 oktyabr – Beynəlxalq Əmanətlər Günü münasibəti ilə sosial aksiyaya start verib.

 

Mərkəzi Bankın təşəbbüsü ilə Azərbaycan Banklar Assosiasiyası, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) və Əmanətlərin Sığortalanması Fondunun dəstəyi ilə keçirilən tədbirlər noyabr ayı ərzində davam edəcək. Aksiyaya DəmirBank-la yanaşı Azərbaycanın daha 8 bankı qatılıb.

 

Tədbirlər çərçivəsində DəmirBank-ın bir sıra filiallarının əməkdaşları orta məktəb şagirdləri üçün əmanətlər barədə ətraflı məlumat verəcəklər, müxtəlif yarışlar, müsabiqələr, filiallarda “Açıq qapı” tədbirləri keçirəcəklər və maarifləndirici materiallar paylayacaqlar.

 

Qeyd edək ki, ötən il DəmirBank-ın 6 filialının (Bayıl, Nərimanov, Xətai, Bərdə, Şamaxı və Zaqatala) iştirakı ilə orta məktəblərdə şagirdlərə əmanətlər barədə ətraflı məlumat verilib, müsabiqələr keçirilib və maarifləndirici materiallar paylanıb. Ümumilikdə DəmirBank-ın Bakı və regionlarda keçirdiyi tədbirlərdə 1500-dək şagird iştirak edib.

 

Məlumat üçün, Beynəlxalq Əmanət Günü ilk dəfə 1924-cü ilin oktyabrında İtaliyanın Milan şəhərində 29 ölkənin nümayəndələrinin Beynəlxalq Konqresində qeyd olunub.

 

Ölkənin ilk və aparıcı banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 957
avatar

Oxşar yazılar