(R) Azercell yeni Ekspres ofisini istifadəyə verdi
24 dekabr 2012 16:34 (UTC +04:00)

(R) Azercell yeni Ekspres ofisini istifadəyə verdi

Bu dəfə Azercell Qusara gəldi

 

Azercell Telekom MMC müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaqdadır. Bu gün şirkət Qusarda AzEx ofisini istifadəyə verdi.

 

Qusar şəhəri M.Əbilov küç 28 ünvanında yerləşən AzEx ofisi də “bir nöqtədə üç xidmət”("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abunəçilər Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.

Açılış zamanı şirkətin prezidenti Kiril Qaburiç öz çıxışında Azercell şirkətinin tək Azərbaycanda deyil, bütün regionlarda “bir nöqtədə üç xidmət” konsepsiyasını təqdim edən ilk şirkət  olduğunu bildirdi. Şirkətin prezidenti bu ilin sonuna qədər  Bakıda və regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaq niyyətində olduğunu qeyd etdi. Qeyd edək ki, Azercell-in hal hazırda Bakıda 18, regionlarda isə 26 Ekspres Ofisi fəaliyyət göstərir.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

 

# 1122
avatar

Oxşar yazılar