(R) AXA MBASK yenidən ilin sığorta şirkəti seçildi
16 dekabr 2013 10:26 (UTC +04:00)

(R) AXA MBASK yenidən ilin sığorta şirkəti seçildi

Nailiyyətləri və inkişaf dinamikasını nəzərə alınaraq AXA MBASK Sığorta Şirkəti, "İlin siğorta şirkəti" nominasiyasında Azeri Business Award-2013 milli mükafatına layiq görülüb.

 

“Azeri Business Award” Milli mükafatı Azərbaycanın aparıcı işgüzar nəşrlərindən olan “Business Time” jurnalı tərəfindən təsis olunub.

Azerı Busıness Award  biznes sahəsində milli mükafatı ən yaxşı şirkətləri nümunə göstərərək, milli biznesin yeni imicini yaradır və həmçinin ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edir. Mükafatın amalı namizəd şirkətlərə öz bizneslərini inkişaf etdirməkdə, Azərbaycanda və xarici bazarlarda nüfuzlarını və rəqabət qabiliyyətini artırmaqda yardım göstərməkdən ibarətdir.  Mükafat yerli biznesin inkişafındakı ən mühüm tendensiyaları əks etdirir.

Mükafat Azərbaycan bazarının milli biznesin yeni simasını formalaşdıran ən parlaq və dinamik iştirakçılarına təqdim olunur. Qaliblərin müəyyən edilməsində əsas amil namizədlərin biznesinin inkişaf templəridir.

 

Təqdimat mərasimində mükafatı qəbul edən AXA MBASK SŞ İdarə Heyəti Sədrinin Birinci Müavini Selçuk Adıgüzel bu etimada görə təşəkkürünü bildirdi.

 

O, öz çıxışında şirkətin son vaxtda əldə etdiyi nailiyyətlərdən danışaraq, daim sığorta bazarının inkişafı və əhaliyə zamanın tələblərinə cavab verən yüksək keyfiyyətli sığorta xidmətləri göstərilməsi istiqamətində çalışdığını, şirkətin iş praktikasını, idarəetmə üsullarını, strukturunu və xidmət səviyyəsini mütəmadi təkmilləşdirərək, götürmüş olduğu öhdəlikləri tam şəkildə yerinə yetirilməklə özünün maliyyə stabilliyini və rəqabət üstünlüyünü nümayiş etdirməsini xüsusi vurğulayıb.

 

Qlobal Sığorta Qrupunun üzvü olan AXA MBASK Sığorta Şirkəti 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarını tətbiq etməyə başlamışdır.
Belə ki, satışın sığorta agentləri vasitəsilə inkişafı planı həyata keçirilərək, qısa müddət ərzində bütün Azərbaycan ərazisində 80-ə yaxın fiziki və hüquqi şəxslərlə, həmçinin maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş sığorta polislərinin satış məntəqəsi açılmışdır.

 

Qeyd etmək lazımdır ki, bu, şirkətin bazara çıxdığı gündən etibarən aldığı beşinci mükafatdır. Belə ki, “Azeri Business Award” Milli mükafatından əlavə, AXA MBASK  Caspian Energy Integration Award-2013 və 2011 “İlin Sığorta Şirkəti” nominasiyada beynalxalq  mükafatını almışdır. Həmçinin, şirkət “Azərbaycan bazarında beynəlxalq sığorta təcrübəsinin tətbiqinə töhfə” (2011) və  “İlin Sığorta Şirkəti” (2013) nominasiyasıyalarda UĞUR milli mükafatına layiq görülmüşdür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 820
avatar

Oxşar yazılar