(R) Agent Akademiyası yeni tədris ilinə başlayıb
04 fevral 2013 12:08 (UTC +04:00)

(R) Agent Akademiyası yeni tədris ilinə başlayıb

Azərbaycanın ən böyük müstəqil agent şəbəkəsinə malik olan AXAMBASK öz agentlərinə  investisiya yatırmağa davam edir.

 

AXA MBASK Sığorta şirkəti öz şəbəkəsində fəaliyyət göstərən sığorta agentlərinin təlimi və ixtisaslarının artırılması üzrə fəal işini davam etdirir.

 

Belə ki, Agent Akademiyası çərçivəsində, beynəlxalq və yerli təcrübəyə əsaslanaraq xarici və yerli peşəkar təlimçilər tərəfindən keçirdilmiş treninqlər, agentlərin səviyyəsini qaldıraraq öz işlərini professional şəkildə idarə etmələrinə, satış imkanlarının artırılmasına və daha müştəriyönümlü olmasına şərait yaradacaq.

 

Tədris planına uyğun olaraq, il ərzində davam edəcək təlimlərdə ekspertlər fərqli modullar üzrə təcrübə və biliklərini paylaşacaqlar – Satış, Maliyyə, Sığorta hadisələri və Anderraytinq. Bunlardan başqa agentlərə sığorta işində innovativ texnologiyaların  istifadəsi praktiki şəkildə başa salınacaq.

 

Treninqin sonunda iştirak edən agentlərə “AXA MBASK AGENT AKADEMİYASI”nın diplom və sertifikatları veriləcək.

 

Qeyd edək ki, sığorta xidmətlərinin keyfiyyətinin daim təkmilləşdirilməsini qarşısına məqsəd qoyan AXA MBASK geniş agent şəbəkəsinin inkişafına fəal şəkildə təkan verir. Bu gün bütün ölkə ərazisində 80-ə yaxın agentlik fəaliyyət göstərir ki, bu da sığorta xidmətlərinin tam əhatə olunmasını və potensial istehlakçılar üçün əlverişliliyini təmin edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1204
avatar

Oxşar yazılar