(R) AGBank Beynəlxalq Əmanətlər Günü münasibəti ilə tədbirlərə qatılıb.
21 noyabr 2013 12:45 (UTC +04:00)

(R) AGBank Beynəlxalq Əmanətlər Günü münasibəti ilə tədbirlərə qatılıb.

AGBank  31 oktyabr – Beynəlxalq Əmanətlər Günü münasibəti ilə keçirilən tədbirlərə qatılıb.


Azərbaycan Respublikası Mərkəzi Bankın təşəbbüsü ilə Azərbaycan Banklar Assosiasiyası, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu və Əmanətlərin Sığortalanması Fondunun dəstəyi ilə keçirilən tədbirlər noyabr ayı ərzində davam edir.

20 noyabr 2013-cü il tarixində AGBank ASC-nin nümayəndələri Bakı şəhərində 20 saylı məktəbi ziyarət edib, şagirdlərə əmanətlər barədə ətraflı məlumat verib və Beynəlxalq Əmanət Gününü əks etdirən hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, Beynəlxalq Əmanət Günü ilk dəfə 1924-cü ilin oktyabr ayında İtaliyanın Milan şəhərində 29 ölkənin nümayəndələrinin Beynəlxalq Konqresində qeyd olunub.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 910
avatar

Oxşar yazılar