(R) “Bank of Baku”-dan Gold kart cəmi 8 manata!
30 iyul 2013 12:23 (UTC +04:00)

(R) “Bank of Baku”-dan Gold kart cəmi 8 manata!

Azərbaycanda nağdsız ödənişlərin təşviqi məqsədilə “Bank of Baku” özünün ən prestijli plastik kartlarından olan Gold kartın rəsmiləşdirmə haqqını endirmək qərarı verib. Beləliklə, 31 avqust tarixinə kimi  “Bank of Baku”-dan 1 il müddətinə MasterCard yaxud VİSA loqolu Gold kart sifariş edən hər şəxs kartın illik xidmət haqqı qismində 35 manat deyil, cəmi 8 manat ödəyəcək. Kart üçün müştəridən sığorta məbləği isə tələb edilməyəcək. Xatırladaq ki, Gold kartın ənənəvi illik sığorta məbləği 100 manat təşkil edir.

 

Beynəlxalq nağdsız ödənişlərdə Gold kart ən nüfuzlu plastik kartlardan biri hesab olunur. MasterCard və VİSA loqolu bu kart ilə alış-veriş etmək, bankomatdan vəsait çıxarmaq, dünyanın hər bir güşəsində bir sıra imtiyazlar qazanmaq mümkündür.

 

Belə bir endirim aksiyası ilə “Bank of Baku” Azərbaycan Respublikası Mərkəzi Bankının ölkədə nağdsız ödənişlərin artırılması siyasətinə öz töhfəsini vermiş olur. “Bank of Baku” bu istiqamətdə Mərkəzi Bank ilə əməkdaşlığa xüsusi önəm verməyə davam edəcək.

 

“Bank of Baku”-nun plastik kartları və onlayn sifariş burada: http://www.bankofbaku.com/az/online-banking/cardsonline.html

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1525
avatar

Oxşar yazılar