"Fenerbahçe Azərbaycan" dövlət qeydiyyatına alınıb
03 fevral 2016 11:07 (UTC +04:00)

"Fenerbahçe Azərbaycan" dövlət qeydiyyatına alınıb

 Vergilər Nazirliyi "Fenerbahçe Azərbaycan" MMC-ni dövlət qeydiyyatına alıb. Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, MMC-nin qanuni təmsilçisi Həmzəyev Amil İlyas oğludur.

 

A. Həmzəyev "APA-Economics"ə açıqlamasında bildirib ki, "Fenerbahçe Azərbaycan" MMC-nin nəzində bir sıra idman növü üzrə ixtisaslaşmış idman məktəbləri fəaliyyət göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 355

Oxşar yazılar