(R) "Unibank" beynəlxalq agentliklə əməkdaşlığı dayandırdı
07 fevral 2017 10:00 (UTC +04:00)

(R) "Unibank" beynəlxalq agentliklə əməkdaşlığı dayandırdı

 

Azərbaycanın Unibank Kommersiya Bankı ASC Moody's  İnvestorlar Xidməti (Moody's Investors Service)  ilə əməkdaşlığı dayandırıb.Bankdan bildirilib ki, kredit reytinqi xarici bazarlardan vəsaitlərin cəlbi zamanı tələb olunur. Bu gün daxili bazardan, xarici bazarlar ilə müqayisədə daha ucuz və kifayət qədər vəsait cəlb etmək mümkün olduğundan bahalı reytinqin saxlanılmasına ehtiyac yoxdur. Bu səbəbdən də  Moody's ilə əməkdaşlıq dayandırılmışdır:

 

“Əgər xarici bazarlardan vəsaitlərin cəlbi gündəmdə olarsa, biz yenidən əməkdaşlığı nəzərdə keçirəcəyik. Reytinq üçün “Moody's”a kifayət qədər böyük məbləğdə vəsait ödənilirdi.  Həm, reytinqə ehtiyacın olmadığını, həm də xərclərin optimallaşdırılmasını nəzərə alaraq agentlik ilə əməkdaşlığı dayandırmışıq”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260
avatar

Oxşar yazılar