(R) Unibank filialları şənbə günləri də işləyir
18 avqust 2017 18:00 (UTC +04:00)

(R) Unibank filialları şənbə günləri də işləyir

 

Unibank-ın xidmət və məhsullarından istifadə etmək istəyən müştərilər, şənbə günləri də bank filiallarına müraciət edə bilərlər. Müştərilərin tələbatını nəzərə alaraq, bankın paytaxt və bölgələrdə  yerləşən 5 filialı- “Əcəmi”, “Neftçilər”, 15 saylı, “Sumqayıt” və “Gəncə” filialları həftə  sonu  saat 10.00-dan 14.00-dək müştərilərin üzünə açıq olacaq.  Şənbə rejimində işləyən filiallar müştərilərə  kredit, depozit, sürətli pul köçürmələri, kassa əməliyyatları və digər bank xidmətləri göstərərcək.

 

Unibank-ın 25 illik yubileyi münasibəti ilə məhsul və xidmətlərində  böyük endirim kampaniyası davam edir. Sentyabrın 15-dək Unibank-a müraciət edən ölkə vətəndaşları bankın ad günü münasibəti ilə aşağıdakı endirimləri əldə edə bilərlər:

 

Avqustda ad günü olan müştərilərə xüsusi endirim paketi: 0% komissiyalı nağd kreditlər,  debet kartlara və depozit qutularının icarəsinə 25 %-lik endirim;

Depozit təminatı ilə verilən kreditlər komissiyasız;

Bütün müştərilər üçün nagd kreditlərdə komissiya endirimi- komissiya cəmi 1 % (min. 10 AZN)

Unibank kartları ilə alış-veriş zamanı bəzi mağazalarda 30%-lik  cashback.

 

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

 

Unibank-hər kəsin bankı!

 

Unibank haqqında

 

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında  fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 950 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti Unibank-ın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 235
avatar

Oxşar yazılar