"Bank of Baku"nun səhmdarlarının pay bölgüsü dəyişib
25 dekabr 2015 16:28 (UTC +04:00)

"Bank of Baku"nun səhmdarlarının pay bölgüsü dəyişib

"Bank of Baku” ASC-nin səhmdarlarının ümumi yığıncağının 22.05.2015-ci il tarixli qərarına əsasən, bankın səhmdarlarından Hikmət Abuzər oğlu İsmayılovun bankın nizamnamə kapitalındakı iştirak payı 10% artaraq 31,11%-ə çatıb.

 

"APA-Economics" “Bank of Baku” ASC-nin açıqladığı III rübə dair hesabata istinadən xəbər verir ki, III rübün sonuna bankın nizamnamə kapitalı 52,870 milyon manat təşkil edir.

 

Bankın səhmdarlarına gəlincə, 25.12.2015-ci il tarixinə "NAB Holdinq Anonim Şirkəti” (Türkiyə Respublikası) bankın kapitalının 35%-nə, "Azpetrol Neft Şirkəti" MMC 28,89%-nə, Hikmət Abuzər oğlu İsmayılov 31,11%-ə, Elçin Həmid oğlu İsayev isə 5%-nə sahibdirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 342
avatar

Oxşar yazılar