«Bank of Azerbaijan»ın səhmdarlarının tərkibi dəyişir - YENİLƏNİB
22 yanvar 2013 14:47 (UTC +04:00)

«Bank of Azerbaijan»ın səhmdarlarının tərkibi dəyişir - YENİLƏNİB

«Bank of Azerbaijan» ASC-nin səhmdarları sırasında dəyişiklik prosesi gedir və hazırda texniki məsələlər həlli davam etdirilir.


 

 Bu barədə «APA-Economics»ə bankdan məlumat verilib.

 

Qeyd edək ki, bir sıra yerli KİV-də «ZQAN Holding»in «Bank of Azerbaijan»ın səhmdarları sırasından çıxması barədə məlumat yayılıb. Lakin bildirmək lazımdır ki, «ZQAN Holding» bankın səhmdarların sırasında olmayıb, bankın əsas səhmdarı Holdinqin Direktorlar Şurasının sədri Anar Məmmədov olub. Xatırladaq ki, dəyişikliklərdən öncə bankın 2 fiziki şəxs (Məmmədov A. - 81%, Məmmədov M. - 18%) və bir hüquqi şəxs («NEM Holding» - 1%) səhmdarı olub. Holdinq və bankdan əldə edilən məlumatlara görə, A.Məmmədov bankın səhmdarları sırasından çıxır.

 

Həmçinin qeyd olunur ki, hazırda «Bank of Azerbaijan»ın  nizamnamə kapitalı 45,3 mln. manat təşkil edir. Ötən ilin sentyabrında bankın əlavə səhm emissiyasının yerləşdirilməsinə başlanılıb. Emissiyanın həcmi 16,5 mln. manat təşkil edir və bunun 11,8 mln. manatlıq hissəsi artıq yerləşdirilib. Emissiyanın tam yerləşdirilməsindən sonra Bankın nizamnamə kapitalının həcmi Mərkəzi Bankın yeni minimal tələbinə - 50 mln. manata çatacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2825
avatar

Oxşar yazılar