Azərbaycan və Bakının artıq dünyanın logistika və nəqliyyat mərkəzinə çevrildiyini deyən dövlət başçısı ölkəmizdə yük daşımaları həcminin artdığını deyib. İlham Əliyev qeyd edib ki, Azərbaycan artıq tranzit ölkə kimi əvəzolunmaz ölkəyə çevrilib.
“Bu, bizim böyük üstünlüyümüzdür. Əlbəttə, bu sahənin inkişafı gələcəkdə bizə böyük mənfəət gətirəcək. Bu gün investisiyalar böyük ölçülərlə qoyulur. Bu, belə də lazımdır. İnfrastruktura qoyulan investisiyalar ölkənin inkişafını şərtləndirir. Ancaq əlbəttə ki, infrastrukturun yaradılması ilə bərabər bu investisiyalar qayıdacaq. Ölkəmizə bundan sonra uzun müddət ərzində gəlir gətirəcək, bizim qeyri-neft sektorumuzu inkişaf etdirəcək”, - deyə prezident vurğulayıb.