“Azərbaycanda mənfəət neftinin hasilatı ilbəil artır”. Lent.az-ın məlumatına görə, bunu Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə "I Beynəlxalq Xəzər Enerji Forumu"da çıxış edərkən bildirib.
Onun sözlərinə görə, həmin vəsait Heydər Əliyev tərəfindən yaradılan Dövlət Neft Fonduna toplanır: “Həmin vəsait qeyri-neft sektorunun inkişafına, əhalinin rifah halının yaxşılaşdırılmasına yönəldilir”.
X. Yusifzadə onu da vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tona bərabərdir: “Gələcəkdə bu rəqəmi 60 milyon tona çatdırmaq olar”.
“Şahdəniz” yatağından da danışan ARDNŞ rəsmisi bildirib ki, adıçəkilən yataqda 1.2 trilyon kubmetr qaz ehtiyatı mövcuddur: “Şahdəniz” yatağından ümumilikdə 50 milyard kubmetr qaz hasil edilib”.
“TAP” layihəsi üzərində işlərin davam etdirildiyini də bildirən X. Yusifzadə adıçəkilən kəmərin 2018-ci ildə istifadəyə veriləcəyini vurğulayıb.
Xoşbəxt Yusifzadə: “TAP kəməri 2018-ci ildə istifadəyə veriləcək”
1021