<b>Nazir müavini:</b> “...ciddi islahatlar aparılacaq ”
17 mart 2014 12:27 (UTC +04:00)

Nazir müavini: “...ciddi islahatlar aparılacaq ”

Azərbaycanda dövlət başçısının sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı son fərmanına uyğun olaraq 8 istiqamətdə ciddi islahatlar aparılacaq.


 

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov bildirib.


Onun sözlərinə görə, bu islahatlar sahibkarlıq fəaliyyətinə başlamaqdan xitam verilənə qədər olan mərhələləri özündə ehtiva edir: «Qeyd edək ki, bu sənədin hazırlanması zamanı ən qabaqcıl ölkələrin təcrübələri nəzərə alınıb. Bu fərmanın əsas məqsədi Azərbaycanda sahibkarlıq fəaliyyətinə münbit şərait yaratmaqdır. Yaranacaq şərait imkan verəcək ki, ölkədə müasir rəqabət qabiliyyətli sənaye müəssisələri yaradılsın».


Nazir müavini bildirib ki, ölkə başçısının fərmanına uyğun olaraq İqtisadiyyat və Sənaye Nazirliyi təkliflər paketini hazırlayaraq hökumətə təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1043
avatar

Oxşar yazılar