[b]Aydın Əliyev: "Siz 3 avroluq təkəri 50 manata sata bilirsinizsə..."[/b]
19 yanvar 2018 17:18 (UTC +04:00)

[b]Aydın Əliyev: "Siz 3 avroluq təkəri 50 manata sata bilirsinizsə..."[/b]

Ötən il Azərbaycanda iqtisadiyyat üçün olduqca uğurlu olub. Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib.
 
 
 
Onun sözlərinə görə, ölkəyə idxalın həcmi 2017-ci ildə 291 milyon ABŞ dolları olub: "Müsbət haldır ki, ötən il müsbət saldo 5 milyard manatdan artıq olub. 2017-ci ildə 2 milyard 250 milyon manatlıq dövlət büdcə proqnozu artıqlaması ilə yerinə yetirilib və 2,8 milyard manat Dövlət Gömrük Komitəsi tərəfindən toplanaraq büdcəyə keçirilib".
 
 
 
Aydın Əliyev bildirib ki, ötən il gömrük orqanları tərəfindən ölkədən valyutanın və qaçaqmalın çıxarılmasının qarşısı alınıb. Ümumilikdə 2,7 kiloqram qaçaqmal aşkar olunaraq götürülüb: "1,2 milyon manatlıq qızıl, 1 milyon dollar valyuta və 2,7 kiloqram qaçaqmalın ölkədən çıxarılması qarşısı alınıb. 2 tondan yuxarı çətənə kolu, 100 kiloqramdan da çox heroin müsadirə edilib".
 
 
 
İşlənmiş təkərlərin idxal rüsumunun artırılması ilə bağlı narazılıqlara münasibət bildirən Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyev qeyd edib ki, hazırda ümumilikdə 500-dən çox gömrük tarifinin, rüsumların 57%-i dəyişməyib. Azərbaycan bu ildən işlənmiş avtomobil təkərlərinin idxalı üzrə gömrük rüsumunu 3 ABŞ dollarından 10 dollara qaldırıb: "İşlənmiş təkərlərə tətbiq edilən rüsumun artırılmasına qarşı komitənin qarşısında aksiya keçirilib. Ölkəyə cəmi 3 nəfər işlənmiş təkər gətirib. Lakin aksiyaya 150-200 nəfər yığışmışdı. İşlənmiş təkərlərin gətirilməsində heç bir məhdudiyyət yoxdur və onların rəsmiləşdirilməsində problem yoxdur".
 
 
 
Aydın Əliyev də bununla bağlı faktlar açıqlayıb: "Həmin vaxtdan 3 nəfərin adına qeydiyyatda olan 6 maşın işlənmiş təkər gətirilib. Etiraz edən 100 nəfərdən sənədlərini və özünü təqdim etmələrini istədik, onlardan cəmi 11-i sənədini təqdim edib. Qalan 89 nəfər isə qaçıb. Onlar iddia edirlər ki, 3 avroya təkər alırlar, buna görə niyə 10 dollar rüsum ödəməlidir? Biz də deyirik ki, siz 3 avroluq təkəri burda 50 manata sata bilirsinizsə, deməli, bu rüsumu da ödəyə bilərsiniz".
 
 
 
Tədbirdə qeyd olunub ki, Dövlət Gömrük Komitəsi şəxsi istehlak üçün ayda bir dəfə gətirilən siqaretin 3 blokdan 1 bloka qədər endirilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi üçün Milli Məclisə müraciət edəcək. Aydın Əliyev deyib ki, dəfələrlə ölkəyə qeyri-qanuni yollarla tütün və tütün məhsullarının gətirilməməsi ilə bağlı xəbərdarlıqlara baxmayaraq, belə məhsulların idxalında azalma müşahidə edilmir. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 389
avatar

APA TV

Oxşar yazılar