<b>"Baktelecom" MMC-yə çevrildi</b>
19 iyul 2017 09:14 (UTC +04:00)

"Baktelecom" MMC-yə çevrildi

"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (BTRİB) yenidən təşkil olunub və adını dəyişib.

 

"APA-Economics" "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elana istinadən xəbər verir ki, BTRİB yenidən təşkil olunaraq və adını dəyişərək "Bakı Telefon Rabitəsi" MMC-yə çevrildiyini elan edib.

 

Qeyd edək ki, müəssisə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 559

Oxşar yazılar