[b]"Azercell" zənglərdəki problemlə bağlı açıqlama verdi[/b]
28 noyabr 2015 21:34 (UTC +04:00)

[b]"Azercell" zənglərdəki problemlə bağlı açıqlama verdi[/b]

0

Bu gün saat 14:00 radələrində Bakı şəhərinin mərkəzi də daxil olmaqla müəyyən ərazilərdə “Azercell Telekom” MMC-nin 3G şəbəkəsində zənglərin təşkilində və səsin ötürülməsində  müəyyən problemlər yaranıb. “Azercell Telekom” MMC-nin mətbuat xidmətindən  APA-ya verilən xəbərə görə, buna səbəb “Azercell Telekom” MMC-nin şəbəkəsinin kommutasiya sistemində baş verən texniki nasazlıq olub.

 

Texniki nasazlıq mütəxəssislər tərəfindən dərhal araşdırılıb, lazımi tədbirlər görülərək 14:45 radələrində problem aradan qaldırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 381

Oxşar yazılar