Avropanın ən prestijli və nüfuzlu "Paris İdarə Heyəti Assosiasiyası Klubu" tərəfindən təqdimetmə mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, Avropada keyfiyyət və üstünlük baxımından bütün dünyada tanınan şirkətləri mükafatlandırmaq üçün Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən mərasimdə 40-dan çox ölkədən gələn 70 şirkətin müxtəlif sektorlarda çalışan biznesmenləri və ölkələrin diplomatik korpus nümayəndələri iştirak edib. Azərbaycandan dəvət olunmuş Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tədbirdə “Keyflyyətli Öhdəlik və Üstünlüyə görə” beynəlxalq mükafata layiq görülüb. Mükafatı "Azəryolservis" ASC-nin sədr müavini Şaiq Bilalov qəbul edib.
Həmçinin tədbir çərçivəsində “Qlobal Yaşıllaşdmna Təltifı və Yaşıllaşdırma İqtisadi Forumu” bölməsində dünyanın bir çox ölkələrinin yaşıllaşdırma sahəsində çalışan şirkətlərinin inkişafı və strategiyaları haqqında geniş təcrübə mübadiləsi aparılıb.
Qeyd edək ki, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC üçüncü dəfədir ki, beynəlxalq mükafata layiq görülür.