Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri təyin edildi
09 fevral 2015 18:33 (UTC +04:00)

Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Nəriman oğlu Əsgərov tutduğu vəzifədən azad edilib. Lent.az-ın AzərTAc-a istinadən bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Ölkə başçısının digər sərəncamı ilə Cavid Qəmbər oğlu Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC-yə sədr təyin edilib.

 

Qeyd edək ki, C.Qurbanov bu günədək "Azəryolservis" ASC-nin sədri vəzifəsini tuturdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 411

Oxşar yazılar