"Aqrolizinq"in sədri və daha 10-a yaxın rəhbər şəxs cəzalandırıldı
06 mart 2015 18:53 (UTC +04:00)

"Aqrolizinq"in sədri və daha 10-a yaxın rəhbər şəxs cəzalandırıldı

 

 

Bu gün “Aqrolizinq” ASC-nin 2014-cü ildəki fəaliyyətinə həsr olunan müşavirədə kənd təsərrüfatı naziri Heydər Əsədov fəaliyyətində nöqsanlara yol verən cəmiyyətin bir neçə əməkdaşını cəzalandırıb.


 

Nazirlikdən "APA-Economics"in məlumatına görə, nazir "Aqrolizinq" ASC-nin İdarə Heyətinin sədri Elşən Məmmədova xəbərdarlıq, İdarə Heyətinin sədr müavini Aydın Əzizova şiddətli töhmət elan edib.

 

Bununla yanaşı, cəmiyyətin aqrotexniki xidmət və təchizatın təşkili şöbəsinin müdiri və səkkiz rayonun aqroservis filiallarının rəhbəri tutuğu vəzifədən azad olunub.

 

Altı rayonun aqroservis filiallarının rəhbərləri barədə müvafiq araşdırma aparılandan sonra daha ciddi tədbir görüləcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar