«SOCAR» Gürcüstanda Rumıniya benzini satır
08 yanvar 2014 17:27 (UTC +04:00)

«SOCAR» Gürcüstanda Rumıniya benzini satır

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) benzin ixracını kəskin azaltması şirkətin Gürcüstandakı törəmə qurumu olan «SOCAR Petrolium Georgia» şirkətinin fəaliyyətinə təsir etməyib.


 

Bunu «APA-Economics»ə açıqlamasında «SOCAR Petrolium Georgia»nın baş direktoru Mahir Məmmədov bildirib.

 

«Təəssüf ki, son zamanlar Azərbaycanın benzin ixrac etmək resursları azalıb və əvvəlki illərdəki kimi benz ixrac edə bilmir. ARDNŞ benzini yalnız yerli bazarın tələbatına uyğun istehsal edir», - deyə M.Məmmədov qeyd edib.

 

Onun sözlərinə görə, buna baxmayaraq, «SOCAR Petrolium Georgia» şirkəti bu məsələni artıq ne vaxtdır həll edib: «Biz Gürcüstan bazarı üçün benzini Rumıniyanın «RomPetrol» şirkətindən alırıq. Bu benzin də «Euro-4» standartına tam uyğundur».

 

Şirkət rəhbəri bildirib ki, keçən il «SOCAR Petrolium Georgia» şirkəti «RomPetrol»dan təxminən 80-90 min ton benzin alıb.

 

Qeyd edək ki, ARDNŞ ötən ilin dekabr ayında cəmi 52 ton avtomobil benzini ixrac edib. Bu, daha əvvəlki ilin dekabr ayı ilə müqayisədə 38 dəfə azdır. Dövlət Neft Şirkəti 2013-cü ildə xaricə ümumilikdə 14 250 ton avtomobil benzini satıb ki, bu da 2012-ci ilə nisbətən 4,2 dəfə azdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1479
avatar

Oxşar yazılar