(R) Unibank kapitalını artırır
22 dekabr 2012 11:12 (UTC +04:00)

(R) Unibank kapitalını artırır

Unibank nizamnamə kapitalını artırır. 26 dekabr 2012-ci il tarixindən etibarən, “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti dövlət qeydiyyat nömrəsi AZ3001002022 olan ümumi məbləği 5 000 040 manat təşkil edən, 1 838 250 ədəd sənədsiz adlı imtiyazlı səhmin Bakı Fond Birjasında yerləşdirilməsinə başlayacaq. Hər bir səhmin nominal dəyəri 2,72 manatdır. Yerləşdirmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edir. Emissiya prospektinin yerləşdirilməsi nəticəsində Unibankın nizamnamə kapitalı 56,565 milyon manatdan 61,565 milyon manata çatdırılacaq.

 

 

# 710
avatar

Oxşar yazılar