«Elmlər Akademiyası» metro stansiyasının ikinci çıxışı tikilir
18 oktyabr 2013 14:27 (UTC +04:00)

«Elmlər Akademiyası» metro stansiyasının ikinci çıxışı tikilir

0

Bakı Metropoliteninin «Elmlər Akademiyası» stansiyasında ikinci çıxışın inşası ilə bağlı tikinti işləri davam etdirilir.


 

Hazırda ərazidə qazma işləri aparılır, əlavə tunellər qazılır. Bunu «APA-Economics»ə açıqlamasında Bakı Metropolitenin inşaat işləri üzrə rəis müavini Rizvan Bayramov bildirib.

 

Onun sözlərinə görə, hazırda eskalator tunellərinin qazma işləri aparılır: «Ən mürəkkəb işlərə indi başlamışıq. Çətinliklərdən biri də ondan ibarətdir ki, «Elmlər Akademiyası» stansiyasının fəaliyyəti davam edir. Stansiya işləyə-işləyə tikinti işlərini aparmaq çox çətindir. Ona görə də bu stansiyanın ikinci çıxışının istismara verilməsi 2015-ci ilin əvvəlinə çəkəcək».

 

R.Bayramov bildirib ki, stansiyada əlavə 4 çıxışın tikintisi planlaşdırılır. Burada həm pilləkənlər, həm də eskalatorlar olacaq: «Bu stansiyanın ikinci çıxışı «İnşaatçılar» stansiyasının çıxışı kimi layihələndiriləcək. Həmin 4 çıxışın ikisi Bakı Dövlət Universitetinə, digər ikisi isə avtomobil yollarına çıxacaq».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1028

Oxşar yazılar