Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın 19-da respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını açıqlayıb.
Lent. az-ın verdiyi məlumata görə, hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısında İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeçiliyində olan “Xoşbəxtlik” şadlıq evi də var.
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi, 3 A ünvanında yerləşən “Xoşbəxtlik” şadlıq evinin sahəsi 2 min 208,3 kv. m, start satış qiyməti 315 min 500 manat, ilkin satış qiyməti 268 min 175 manatdır.