“Transneft”  Bakı-Novorossiysk  kəmərini bağlayır
22 noyabr 2013 12:35 (UTC +04:00)

“Transneft” Bakı-Novorossiysk kəmərini bağlayır

“Transneft” şirkəti Azərbaycanla sərhəddə Bakı-Novorossiysk boru kəmərinin bir hissəsi olan Şirvanovka-Mahaçqala neft kəmərinin konservasiyasına başlayır.


 

APA-Economics”in “Vedomosti”yə istinadən xəbərinə görə, bunu “Transneft”in nümayəndəsi İqor Dyomin deyib.

 

Bununla belə, şirkət Mahaçqaladan Novorossiyskə neft nəql etməkdə davam edəcək. Kəmərlə həm də Qazaxıstan nefti və Korçagin adına yataqdan hasil olunan “LUKoil”un nefti nəql olunur.

 

Qeyd edək ki, bu ilin may ayında  Azərbaycan neftinin Rusiya ərazisi vasitəsilə nəqli 18 yanvar 1996-cı ildə iki ölkənin hökumətləri arasında imzalanmış sazişə xitam verilib. Rusiya tərəfi bəyan edib ki, sazişdə ildə 5 mln. tondan az olmamaqla Azərbaycan neftinin nəqli nəzərdə tutulub, lakin rəsmi Bakı bu öhdəliyi yerinə yetirmədiyindən, Moskva iqtisadi itkilərə məruz qalıb. Bundan sonra ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan neftinin Rusiya ərazisi ilə indiki şərtlərlə tranzit nəqli 2013-cü ilin sonunadək davam edəcək. Paralel olaraq ilin sonunadək neftin Rusiya ərazisi ilə nəqlinin kommersiya şərtləri ilə həyata keçirilməsi ilə bağlı danışıqlar aparılacaq. Tərəflər arasında bununla bağlı razılıq əldə olunarsa, artıq 2014-cü ildən etibarən Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli kommersiya şərtləri əsasında davam etdiriləcək.

 

İqor Dyomin qeyd edib ki, tərəflər nəql tariflərini razılaşdıra bilməyiblər, daha dəqiqi, rəsmi Bakı təklif olunan tarifləri qəbul etməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2378
avatar

Oxşar yazılar