Dövlət Statistika Komitəsi ilə sahibkarlıq subyektləri arasında qarşılıqlı münasibətlərə dair sorğunun nəticələrini açıqlayıb. Lent.az-ın məlumatına görə, statistik hesabatların təqdim edilməsi sahəsində sahibkarlıq subyektləri ilə qarşılıqlı münasibətlərin mövcud vəziyyətini qiymətləndirmək məqsədilə Dövlət Statistika Komitəsi sorğu keçirib. 7 sualdan ibarət “Ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə Dövlət Statistika Komitəsi arasında qarşılıqlı münasibətlərə dair” elektron sorğu vərəqi Komitənin veb səhifəsində yerləşdirilib və könüllülük prinsipi əsasında sahibkarlıq subyektləri tərəfindən suallar cavablandırılıb.
Sorğuda 400-dən çox sahibkar iştirak edib. Sorğunun nəticələrinə görə sahibkarların 70,7 faizi Dövlət Statistika Komitəsi və onun yerli orqanları ilə qarşılıqlı münasibətlərin onları qane etdiyini, 16,2 faizi qismən qane etdiyini, 13,2 faizi isə qane etmədiyini bildirib.
Respondentlərin 89,0 faizi Dövlət Statistika Komitəsinin elektron xidmətlərindən istifadə etdiyini, 11,0 faizi isə etmədiyini qeyd edib. “Veb səhifədən istifadə etməklə hesabatların elektron şəkildə təqdim olunması işinizə necə təsir etmişdir?” sualına sahibkarların 74,0 faizi “yaxşı”, 6,0 faizi “qismən yaxşı”, 19,0 faizi “pis” təsir etdiyini bildirib, 1,0 faizi isə cavablandırmayıb.
Hesabatların elektron təqdimatı xidmətinin mövcud vəziyyətini qiymətləndirmək üçün verilmiş “Hesabatların onlayn rejimində təqdim edilməsi zamanı problemlərlə qarşılaşırsınızmı?” sualına respondentlərin 23,0 faizi “bəli”, 29,0 faizi “xeyr”, 46,0 faizi “bəzi hallarda” cavabını vermiş, 2,0 faizi isə sualı cavabsız buraxıb.
Sahibkarların 13 faizi komitədən narazıdır - RƏSMİ
722