“Şahdəniz”-in ikinci fazası ilə bağlı danışıqlar aparılır
14 dekabr 2012 13:01 (UTC +04:00)

“Şahdəniz”-in ikinci fazası ilə bağlı danışıqlar aparılır

“Biz beynəlxalq təşkilatıq və Azərbaycanda 20 ildir, fəaliyyət göstəririk. Müxtəlif layihələrdə iştirak edirik”.

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Statoil-Azərbaycan” şirkətinin prezidenti Lars Troen Sorensen bildirib. Şirkət prezidenti vurğulayıb ki, hazırda “Şahdəniz”-in ikinci fazası ilə bağlı danışıqlar aparılır. “Qeyd edim ki, hər il 2 milyon barel neft istehsal edirik. Eyni zamanda, Azərbaycandakı mövqelərimizi gücləndirmək və yeni  layihələrdə iştirak etmək istəyirik”-deyə, Sorensen əlavə edib.

 

Anar Məcidzadə

 

# 734

Oxşar yazılar