““Şahdəniz-2” layihəsi ilə əlaqədar olaraq sonuncu müqavilə qaz satışı ilə bağlı idi. Bu müqaviləyə görə, sənəd gələcək 5 ildə Azərbaycan qazını alan Avropa şirkətləri ilə imzalanıb. İlin sonunadək layihənin tərəfdaşları ilə yekun müqavilə bağlanacaq. Bundan sonra işlərə start veriləcək”. “APA-Economics” xəbər verir ki, bunu ARDNŞ rəhbəri Rövnəq Abdullayev deyib.
R. Abdullayev qeyd edib ki, ümumilikdə layihə ilə bağlı işlər davam edir: ““Şahdəniz-2” layihəsinə artıq 3 mlrd. dollar xərclənib”.