“Nağd Pulun İdarəetmə İnformasiya Sistemi”
25 yanvar 2013 18:20 (UTC +04:00)

“Nağd Pulun İdarəetmə İnformasiya Sistemi”

Mərkəzi Bank kredit təşkilatları üçün seminar keçirib

 

Mərkəzi Bank tərəfindən “Nağd pul idarəetməsinin ən müasir standartlarının formalaşdırılması” Proqramı çərçivəsində realizasiyası həyata keçirilən “Nağd Pulun İdarəetmə İnformasiya Sistemi”nin (CMS) yaradılması layihəsi üzrə kredit təşkilatları üçün seminar keçirilib.

Mərkəzi Bankın Kommunikasiya Departamentindən Lent.az-a verilən məlumata görə, seminarın məqsədi mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq bütövlükdə bank sektorunda nağd pulla əməliyyatları real vaxt rejimində əhatə edən, mərkəzləşdirilmiş vahid informasiya bazasının və hesabatlıq sisteminin yaradılmasını nəzərdə tutan CMS-in əsas prinsipləri və kredit təşkilatlarında tətbiq olunacaq müvafiq sistemlərə inteqrasiyası ilə bağlı zəruri metodiki göstərişlərin verilməsindən ibarətdir.

Seminarda Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev müvafiq Proqram çərçivəsində Nağd pul blokunda həyata keçirilən layihələr, strateji dövrdə qarşıda duran hədəflər və eləcə də CMS-in bank sisteminə verəcəyi töhfələrlə bağlı ətraflı məlumat verib. Seminarda Xəzinə departamentinin direktoru F.Ələkbərov və layihə meneceri R.Kərimli tərəfindən kredit təşkilatlarında nağd pul əməliyyatlarının CMS-ə inteqrasiya olunması ilə əlaqədar iştirakçılara təqdimat keçirilib. O, tətbiq ediləcək yeni sistemə keçidlə bağlı əsas tələblər barədə də danışıb.  Seminarda kredit təşkilatlarının nağd pul və informasiya texnologiyaları sahəsi üzrə struktur vahidlərinin rəhbərləri və həmçinin CMS layihəsi üzrə İşçi Qrupunun üzvləri  iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 927
avatar

Oxşar yazılar