“İqtisadiyyatınızdakı stabil artım məmnunluq doğurur”
12 sentyabr 2013 17:05 (UTC +04:00)

“İqtisadiyyatınızdakı stabil artım məmnunluq doğurur”

“Azərbaycan iqtisadiyyatındakı stabil artımı yaxından təqib edirəm. Bu, məmnunluq doğuran durumdur. Bu tempi sabitləşdirmək gələcək nəsillərə zəngin iqtisadi miras hazırlamaqdır”.


 

Bunu APA-nın Türkiyə təmsilçisi ilə söhbətində prezident Abdullah Gülün iqtisadi məsələlər üzrə baş müşaviri Durmuş Yılmaz deyib.

 

D. Yılmazın sözlərinə görə, stabil böyümədə qeyri-neft sektoruna doğru şaxələndirilmə prosesi də gedir: “Azərbaycan iqtisadiyyatı neftdən kənar investisiyalarla şaxələnməlidir və hazırda bu proses gedir”.

 

Qeyd edək ki, 2006-2011-ci illər arasında Türkiyə Mərkəzi Bankının prezidenti olmuş Durmuş Yılmaz dövlətin pul siyasətinin həyata keçirilməsində Mərkəzi Bankın muxtariyyətini qoruyub, nəticədə inflyasiya təkrəqəmli səviyyəyə enib.

 

Hökumət tərəfindən növbəti 5 il üçün Mərkəzi Bankın prezidenti vəzifəsinə namizəd göstərilməyən Durmuş Yılmaz prezident Abdullah Gül tərəfindən 2011-ci ilin iyununda iqtisadi məsələlər üzrə baş müşavir vəzifəsinə təyin edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560
avatar

Oxşar yazılar