“Daewoo” “Evrobank”ı məhkəməyə verib
04 sentyabr 2015 12:33 (UTC +04:00)

“Daewoo” “Evrobank”ı məhkəməyə verib

0

Koreya Respublikasının “Daewoo International Corporation” şirkətinin Azərbaycan nümayəndəliyi “Evrobank” ASC-ni məhkəməyə verib.

 

APA-nın məlumatına görə, şirkət borcun və dəymiş zərərin ödənilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianın təmin olunmaması barədə qətnamə çıxarıb. Bundan sonra şirkət məhkəmə qərarından apellyasiya şikayəti verib.

 

Hazırda apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar